“Dəmir yumruq 2\" lokal əməliyyatı - Bakı üçün “İsrail taktikası” zərurətə çevrildi

“Dəmir yumruq 2\
Azərbaycan 44 günlük qalibiyyətli müharibə ilə işğalçı Ermənistanı öz yerində oturtmaqla yanaşı, illər uzunu bizə qarşı istifadə edilən əsas şantaj vasitəsindən də rəsmi İrəvanı məhrum elədi. Söhbət ermənilərin keçmiş DQMV ətrafında işğal etdikləri və "təhlükəsizlik zolağı” adlandırdıqları 7 rayondan gedir.

Sirr deyil ki, 27 ildə aparılan "danışıqlar” ərzində Ermənistan məhz 7 rayonu (o da mərhələlərlə!) Şuşa da daxil, Dağlıq Qarabağın "müstəqilliyi”nə dəyişmək istəyirdi. Yəni qalib ədasından çıxış edərək, Bakıya "torpaq əvəzinə torpaq” prinsipini sırımağa, lap dəqiqi, Azərbaycana kapitulyasiya sənədini imzalatmağa çalışırdı.

Bunun başqa adı qanuni ərazilərimizin bazara çıxarılması idi. Təbii ki, Azərbaycan dövləti və xalqı belə rüsvayçı şərtlə heç vaxt barışmayacaqdı. Barışmadı da. "Dəmir yumruq”la işğalçı elə ağrılı şəkildə cəzalandırıldı ki, o saat "təhlükəsizlik zolağı” nağılı da, status bayatıları da bitdi, gorbagor oldu.     

*****

Təkcə bu deyil. Separatçı rejim və onu "qidalandıran” Ermənistan on illərdir istifadə etdikləri qanunsuz gəlir mənbələrindən də məhrum oldu. İşğal altında olan torpaqlarımızın on illərlə vəhşicəsinə istismarı və talan edilməsi nəticəsində əldə olunan yüz milyonlarla dollar çirkli qazancı nəzərdə tuturuq. Beləcə, "təhlükəsizlik zolağı”nın itirilməsi də daxil olmaqla, separatçılara və erməni separatizminə hərtərəfli, ölümcül, çarpaz zərbə vurulmuş oldu.

44 günlük müharibədən sonra indi nəinki separatçı-kriminal rejimin miskin qalıqları, elə məğlub Ermənistanın özü də olduqca böyük maliyyə qaynaqlarından məhrum olub və bu səbəbə ciddi ərzaq və maliyyə çatışmazlığı ilə üzləşib.

Sözsüz ki, Azərbaycan Ermənistanın bu qanunsuz, vəhşi talançılığı ilə bağlı ona qarşı təzminat davası da açacaq. Bu yöndə iş tam sürətlə gedir və yəqin ki, tezliklə yekunlaşacaq. Təzminat iddiası da o məsələlərdəndir ki, sırf faktlardan ibarətdir və beynəlxalq ekspertlərin də təsdiqlədiyi bu dəlil-sübutları erməni tərəfinin danması, yaxud manevr edib vaxtı uzatması üçün heç bir şansı yoxdur, olmayacaq.      

*****

Diqqətçəkicidir ki, Azərbaycan Ordusunun yaratdığı yeni və sərt reallıq yavaş-yavaş da olsa, Ermənistanda qəbul edilməkdədir. Başqa yolları da yoxdur. Ermənistan adlı saxta dövlətin ayaq üstə durması, erməni xalqının isə səfalətdən və böhrandan çıxması öncəliklə məhz bu yeni gerçəklə barışmaqdan keçir.

Ən böyük zərbəni isə bu xüsusda Qarabağ klanı və onun odioz liderləri - keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan yeyib. Həm də o səbəbə ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz savaşda məhz onların yaratdığı "məğlubedilməz” ordunu darmadağın etmişik.

"Azərbaycan güc yolu ilə ərazi məsələsini həll edib. Bizim heç nəyimiz qalmayıb. Dağlıq Qarabağın statusu nəyin qarşılığında müzakirə ediləcək?” Bu etiraf Robert Köçəryana məxsusdur (Axar.az).

"Bakı hesab edir ki, məsələ həll edilib və biz artıq son mərhələyə daxil olmuşuq. İndi Azərbaycan çalışacaq ki, Qarabağda erməninin qalmaması, yaxud Azərbaycan hakimiyyətini qəbul edəcək qədər az sayda erməninin qalacağı situasiya yaratsın”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, erməni əsirlərinin qaytarılmasından sonra Azərbaycan yenə əsir götürəcək: "Ermənistandan Qarabağa hərbçi göndərilməməsi ilə bağlı İrəvandan zəmanət alana qədər bu, davam edəcək”.

*****

Şübhə yox ki, Bakının müharibədən sonrakı ən yaxın hədəflərindən biri və birincisi elə budur: Dağlıq Qarabağdan sonuncu erməni silahlısının çıxarılması, bölgənin tam silahsızlaşdırılması. Bir dövlətdə iki ordu ola bilməz ki? Azərbaycan ərazisində yaşayan erməni yalnız ov tüfəngi saxlaya bilər - o da qanun icazə verdiyi şərtlər daxilində.

Bakı Qarabağda erməni qanunsuz dəstələrinin bundan sonra da at oynatmasına dözməyəcək. Bunu Moskvada da yaxşı bilirlər. Odur ki, Azərbaycan istənilən an öz suveren hüququndan istifadə edib Qarabağda antiterror əməliyyatına başlaya bilər. Belə bir əməliyyatı "İsrail taktikası”na uyğun şəkildə, Rusiya sülhməramlılarını xəbərdar eləməklə, onların arxasında da həyata keçirmək mümkündür. Bundan ötrü hərbi arsenalımızda ən müasir silahlar və texnologiyalar var - təbii ki, İrəvan xoşluqla öz quldur dəstələrini geri çəkməsə. Əks halda, "Dəmir yumruq -2" lokal əməliyyatı qaçılmaz olacaq.

Köçəryan və bandası da proseslərin nəyə doğru getdiyini artıq anlamamış deyillər. Xocalı hərbi canisinin yuxarıdakı sitatı qənaətimizi təsdiq edir. Üstəlik, onlar artıq bunun da fərqindədirlər ki, Kreml də Bakının qanuni hədəfinə etiraz eləmir, edə bilməz. Bu üzdən bərk narahatdırlar və əlbəttə ki, əndişəyə ciddi əsaslar var.

Köçəryanların, sərkisyanların bazarı həmişəlik bağlanmaq üzədir. Onların özlərini və cinayətkar silahdaşlarını isə həbsxana gözləyir. Azərbaycanda...

"Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...