Dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı üstünlükləri var?

Dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı üstünlükləri var?
 

Nəqliyyat istənilən ölkədə və bütün zamanlarda iqtisadi inkişafda çox böyük əhəmiyyətə malik olub. Bu gün nəqliyyat istehsal müəssisələri ilə tədarük bazarları arasından bir əlaqədir. O eyni zamanda iqtisadi baxımdan fəal əhalinin mobilliyini təmin edir. Qeyd etdiyimiz özəllikləri özündə ehtiva edən nəqliyyat vasitələrindən biri dəmir yoludur. 2015-ci ildən bu yana ölkəmizin dəmir yolu sisteminin modernləşməsi istiqamətində əhəmiyyətli iş görülüb. Bura yeni dəmir yolu xətlərinin çəkilməsi, depoların tikilməsi, qatar, lokomotiv və vaqon parkının yenilənməsi, dəmir yolu şəbəkəsinin maksimal dərəcədə elektirkləşməsinin təmin olunması aiddir. Ölkənin nəqliyyat, iqtisadi və milli təhlükəsizliyinin təmin olunmasında dəmir yoluna xüsusi önəm verilir.

Bəs dəmir yolunun digər nəqliyyat növləri üzərində hansı aşkar üstünlükləri var?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəmir yolunun ən aşkar üstünlükləri təhlükəsiz və ekoloji cəhətdən təmiz olmasındadır:

"Statistikaya əsasən, dəmir yolu ən təhlükəsiz yerüstü nəqliyyat növüdür. Belə ki, dünya üzrə dəmir yolunda hər 1,5 milyard kilometrə 0,2 həlak olma halı düşür. Ənənəvi olaraq nəqliyyat ətraf mühitə ən çox mənfi təsir göstərən sektorlardandır. Məhz dəmir yolu ekologiyaya ən az zərərli təsir göstərən nəqliyyat növüdür. Bu onunla əlaqədardır ki, sərnişin və yükdaşımaların əksər hissəsi elektrik enerjisindən istifadə olunmaqla daşınır. Bildiyimiz kimi ekologiya məsələsi bu gün heç zaman olmadığı qədər həssas bir mövzudur. Bu mənada maksimal dərəcədə ekoloji təmiz nəqliyyat növləri ən yüksək rəqabətqabiliyyətinə malikdirlər”.
Ekspert diqqətə çatdırıb ki, dəmir yolları hasilat, emal müəssisələrindən iri istehsalçılara qədər birbaşa əlaqənin yaradılmasına imkan verir: "Bu zaman ixtisaslaşmış vaqonların, müxtəlif yüklərin daşınması üçün yüksək yüktutumlu sisternlərdən istifadə olunması itkiləri azaldır və təhlükəsizliyi artırır. Digər tərəfdən eyni lokomotivlər həm sərnişindaşımada, həm də kiçik və orta tonnajlı yüklərin daşınmasında istifadə olunur ki, bu da onların universallığının əsas göstəricisidir. Eyni zamanda dəmir yolu böyük həcmdə yükləri uzaq məsafələrə kifayət qədər yüksək sürətlə və daha ucuz qiymətə daşımağa imkan verir. İlin fəsillərindən, hava şəraitindən, günün vaxtından asılı olmadan daşımaların həyata keçirilməsinin mümkünlüyü bu nəqliyyat növünün mütəmadi və dinamik hərəkətliliyini təmin edir. Hesab edirəm ki, Azərbaycanda heç bir nəqliyyat növü bu cür imkanlara malik dəmir yolu ilə rəqabət apara bilməz”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...