Demet Akalın rəfiqəsinə səsləndi: Özünə ər tap, Anarı özəl təyyarə ilə gətirəcəm sənə - VİDEO

Demet Akalın rəfiqəsinə səsləndi: Özünə ər tap, Anarı özəl təyyarə ilə gətirəcəm sənə - VİDEO
Dünya şöhrətli makiyaj ustası Anar Ağakişiyev Türkiyənin qalmaqallı müğənnisi Demet Akalınla görüşərək, onu yenidən bəzəyib.  

Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, Anarın əl qabiliyyətinə aşiq olan Demet Ağakişiyevi evində qonaq edərək, onun peşəkarlığını yenidən öz üzərində sınaqdan keçirib.  

Müğənninin rəfiqəsi Esra Balamir tərəfindən lentə alınan videoda Anar öncə Demeti makiyaj edib, daha sonra isə başına "cirt-cirt” adlanan şinyon saçlar taxıb. Taxma saçlardan istifadə edən Demetin bu hiyləsi izləyicilərin nəzərindən qaçmayıb.  

 

Esra izləyicilərinə səslənərək "Anar xoş gəldin. Çox uğurlusan. Makiyajı çox gözəl bacarırsan. Evlənənlər eşitsinlər ki, toyda gözəl gəlin olmaq üçün Anara müraciət edin”, - deyib və Ağakişiyevə dəstək çıxıb.  

Bu dəstəyə isə ikiəlli razılıq verən Demet rəfiqəsi Esra Balamirə "Sən özünə ər tap. Mən Anarı özəl təyyarə ilə gətirərəm ki, səni makiyaj etsin. Yetər ki, evlən!”, - deyərək ürək-dirək verib.  

Baş verənləri isə həm Anar Ağakişiyev, həm Demet Akalın, həmdə Esra Balamir şəxsi "İnstagram” hesabının "Hekayə” bölümündə izləyiciləri ilə paylaşıblar.  



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...