Dəm qazının yaranma səbəbi bu qızdırıcılardır – Ekspertdən AÇIQLAMA

Dəm qazının yaranma səbəbi bu qızdırıcılardır – Ekspertdən AÇIQLAMA

Havaların soyuması mənzillərin istiliklə təchizizatı məsələsini aktuallaşdırıb. Əksəriyyət qızdırıcı vasitə kimi kombi sistemindən istifadə etsə də, evini "ceyran peçi” adlandırılan sobalarla qızdıranlar da az deyil.


Bunun nəticəsidir ki, qış fəslində tez-tez dəm qazından boğulma hallarına, zəhərlənmələrə rast gəlirik.


Dəm qazından zəhərlənmənin qarşısnı necə almaq olar? Əhali qabaqlayıcı tədbirlər kimi hansı üsullara əl atmalıdır?


Mövzu ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev dəm qazının yaranmasına əsas səbəb kimi "ceyran peçi” adlandırılan avadanlıqlardan istifadəni göstərib:


 

"Dəm qazından zəhərlənməyə əsas səbəb standartlara cavab verməyən qaz cihazlarından istifadə etdikdə, tüstü bacalarının vaxtında təmizlənməməsi və qaz cihazlarına kənar müdaxilənin olmasıdır. İstiliyin artırılması üçün detalların çıxarılması, yaxud əlavələr etmək və "ceyran peçi” adlandırılan sobalardan istifadə zamanı natamam yanmanın əmələ gəlməsi dəm qazı yaradır. Ona görə yaxşı olardı ki, insanlar qış fəslində kombi sistemindən yararlansınlar. Lakin ənənəvi qızdırıcılardan istifadə edənlər yaxşı olardı ki, dəm qazının yoxlanılması üçün dəm qazı dedektorlarından istifadə etsinlər. Müvafiq dedektorlar evdə dəm qazı yaranan zaman qazın təchizatını avtomatik dayandırır. Bu dedektorların qiyməti isə elə də baha deyil”.

 

 

Ekspert otaqlarda havalandırma sisteminin düzgün təşkil edilməli olduğu deyib:

 

"Bundan başqa payız və qış mövsümlərində tüstü bacaları iki dəfə təmizlənməlidir. Çünki tüstü bacalarında məişət tullantıları ola, heyvan cəsədləri qala bilər ki, bu da havalanmanın qarşısını alır və yanma prosesi normal getmir, dəm qazı yaranır. Tüstü bacasını özümüz də təmizləyə bilərik, müvafiq şirkətlərlə əlaqə yaradıb təmizləmək də olar. Eyni zamanda hamam otaqlarında havalandırma sistemi, qapılarda 3-5 arası dəlik olmalıdır. Əgər bunlar olarsa, dəm qazının yaranma ehtimalı 0-a bərabərdir”.

 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR