Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...

Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...
Koronavirusun daha təhlükəli növü olan Delta variantına artıq Azərbaycanda da rast gəlinib. Bir müddət öncə verilən məlumata əsasən ölkədə 31 nəfərdə sözügedən mutasiya aşkarlanıb.
 
Maraqlıdır, Delta ştammının COVID-19-dan fərqli xüsusiyyətləri varmı? 
 
Sfera.az xəbər verir ki, İngilətərədə aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun Delta variantı COVID-19 virusundan fərqli simptomlara malikdir.  Professor Tim Spektor Delta variantına yoluxanlar arasında ən çox baş ağrısı, boğaz ağrısı və burun axması kimi halların müşahidə edildiyini bildirib. Professor xüsusilə gənclərin yeni mutasiyaya yoluxduğu zaman soyuqdəymə əlamətlərini hiss etdiyini deyib. 

Delta variantına yoluxmuş şəxslər xəstəlik simptomlarını ciddi şəkildə hiss etməsələr belə, yoluxduruculuq qabiliyyətləri yüksək olur. Əvvəllər İngiltərə sağlıq xidmətləri COVID-19 simptomlarını öskürək, qızdırma, iy və dadbilmənin itməsi kimi xarakterizə edirdi. Lakin son araşdırmalar göstərdi ki, sözügedən əlamətlər son vaxtlar xəstələrdə daha az müşahidə edilir. 

İngiltərəli mütəxəssislər bildirir ki, xəstəliyə yoluxan şəxslər indi xəstəliyi sadəcə soyuqdəymə kimi qiymətləndirir və buna görə də ictimaiyyət arasında olmağa davam edir. Bundan sonra isə xəstə şəxs özündən başqa 6 şəxsi də virusa yoluxdura bilir. Qeyd edək ki, Delta ştammından fərqli olaraq COVID-19-da bu say 2-ə bərabərdir. 

Əzizə Zeynal
Sfera.az 



OXŞAR XƏBƏRLƏR