No Image
No Image

Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...

Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...
Koronavirusun daha təhlükəli növü olan Delta variantına artıq Azərbaycanda da rast gəlinib. Bir müddət öncə verilən məlumata əsasən ölkədə 31 nəfərdə sözügedən mutasiya aşkarlanıb.
 
Maraqlıdır, Delta ştammının COVID-19-dan fərqli xüsusiyyətləri varmı? 
 
Sfera.az xəbər verir ki, İngilətərədə aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun Delta variantı COVID-19 virusundan fərqli simptomlara malikdir.  Professor Tim Spektor Delta variantına yoluxanlar arasında ən çox baş ağrısı, boğaz ağrısı və burun axması kimi halların müşahidə edildiyini bildirib. Professor xüsusilə gənclərin yeni mutasiyaya yoluxduğu zaman soyuqdəymə əlamətlərini hiss etdiyini deyib. 

Delta variantına yoluxmuş şəxslər xəstəlik simptomlarını ciddi şəkildə hiss etməsələr belə, yoluxduruculuq qabiliyyətləri yüksək olur. Əvvəllər İngiltərə sağlıq xidmətləri COVID-19 simptomlarını öskürək, qızdırma, iy və dadbilmənin itməsi kimi xarakterizə edirdi. Lakin son araşdırmalar göstərdi ki, sözügedən əlamətlər son vaxtlar xəstələrdə daha az müşahidə edilir. 

İngiltərəli mütəxəssislər bildirir ki, xəstəliyə yoluxan şəxslər indi xəstəliyi sadəcə soyuqdəymə kimi qiymətləndirir və buna görə də ictimaiyyət arasında olmağa davam edir. Bundan sonra isə xəstə şəxs özündən başqa 6 şəxsi də virusa yoluxdura bilir. Qeyd edək ki, Delta ştammından fərqli olaraq COVID-19-da bu say 2-ə bərabərdir. 

Əzizə Zeynal
Sfera.az 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Delta ştammına yoluxduğunuzu necə anlaya bilərsiniz? – Bu simptomlar varsa...

Koronavirusun daha təhlükəli növü olan Delta variantına artıq Azərbaycanda da rast gəlinib. Bir müddət öncə verilən məlumata əsasən ölkədə 31 nəfərdə sözüg...

"Diareya “Delta”ya yoluxmağın əlaməti deyil" - Professordan AÇIQLAMA

"Hazırda insanların beyninə yeridilir ki, guya "Delta” və "Delta-plyus” ştammları kəskin mədə-bağırsaq pozğunluğu və diareya törədir və bu əlamətlər kimdəsə müş...

“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq

Əhali arasında COVID-19 əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb. Sfera.az xəbər verir ki, bu barəd...

"Səyahətə çıxan şəxslərdən 48 saat müddətinə test nəticəsi tələb etmək mənasızdır" - İnfeksionistdən AÇIQLAMA

Xarici ölkəyə səyahət etməmişdən əvvəl sərnişinlərdən 48 saat öncə verilən koronavirus testinin nəticələri tələb olunur. Türkiyədə bizdən fərqli olaraq bu müd...

İnfeksionist: “Azərbaycanda böyük ehtimal ki, Delta ştammı artıq var“

Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, bizim ölkəmizdə də var. Bu ölkələrlə əl...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir...