Deksametazon, antibiotiklər əvəzinə bunları edin — Koronavirusdan sağalan deputatdan tövsiyə

Deksametazon, antibiotiklər əvəzinə bunları edin — Koronavirusdan sağalan deputatdan tövsiyə
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov ona ünvanlanan çox sayda suallara cavab verən həkim koronavirusdan müalicədə əsas nələrə diqqət yetirməyin lazım olduğunu açıqlayıb: "Ölkənin koronavirus üçün ayrılmış ən yaxşı xəstəxanasında işləməyimə, ağciyərlərimin tutulmasına və onun müəyyən bir hissəsinin pnevmoniya olmasına, xəstəliyin yarada biləcəyi bütün xüsusiyyətlərin halsızlıq, şiddətli ağrılar, dad və iybilmə duyğusunun itməsinə, ciddi baş ağrısı və digər problemlər yaşamağıma baxmayaraq, ev şəraitində qripin bizə diktə etdiyi sadə üsullardan istifadə etdim.

Bol maye və çay qəbul etdim, eyni zamanda bal, mürəbbələr və təbii qidalardan istifadə etdim. Bunlarla yanaşı ölkəmizdə çox rahat tapılan sadə antiviral dərmanların erkən dönəmdə istifadəsi vacibdir. Yüksək hərarət olduqda isə parasetamol, vitamin C istifadə etməklə və yataq istirahəti ilə bu xəstəliyin öhdəsindən gələ biləcəyimə inanırdım. İnanıram ki, bütün insanlar sadə yanaşsalar, bu xəstəlikdən canlarını qurtara bilərlər.

Virusun ən çox istədiyi məqam insanların stress və qorxuya düşməsidir. Tövsiyə edirəm ki, heç bir insan qorxuya və stressə düşmədən immun sistemini möhkəm tutmağa çalışsın. Eləcə də insanların lazımsız yerə xəstəxanalara axın etməsi bu virusun özündən böyük təhlükələr yaradır. Odur ki, sadə şikayətlərə görə xəstəxanada yatmağı doğru qəbul etmirəm və bu, gün keçdikcə dünya tibbi tərəfindən bir daha təsdiqlənir. Xəstəxanalara sadəcə oksigen müalicəsi üçün getmək tövsiyə oluna bilər, onun xaricində xəstəxanalara üz tutmaq bizə faydadan çox ziyan gətirəcək.

Lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olmasına baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, "Deksametazon" kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardır".

Həkim vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, vaxtında antiviral terapiya və özümüzə diqqət etməklə virus bir həftə, 10 gün içində keçib gedəcək və heç bir iz qoymayacaq xəstəlik olacaq. /Milli.az

OXŞAR XƏBƏRLƏR

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...