Dekabrın 5-də “Uğurlu qadın”ın sirri açılacaq – Nərgizdən daha bir TRENİNQ

Dekabrın 5-də “Uğurlu qadın”ın sirri açılacaq – Nərgizdən daha bir TRENİNQ
"Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri, xeyriyyəçi Nərgiz Babayeva-Kərimova və psixoloq Xanım Həsənovanın "Uğurlu qadın” adlı treninqi baş tutacaq.

Sfera.az  xəbər verir ki, bu barədə Nərgiz xanım özü Facebook sosial şəbəkə hesabında məlumat verib.

O, qeyd edib ki, tədbir dekabrın 5-i, saat 10:30-da "MyDom u Наргиз Tepacca” restoranında keçiriləcək.

Treninqdə cəmiyyətdə necə güclü bir qadın kimi yetişməyin yollarından söhbət açılacaq. 

"Uğurlu qadın” kimdir? Nə istədiyini bilən və onu reallaşdıran, özünə güvənən və dəyər verən, daxili harmoniyanı qoruyan, eləmi? 

Bəs siz, bu keyfiyyətləri özündə cəmləşdirmənin yollarını bilmək istəyirsinizmi?”,- deyə, o, qeyd edib.

Tədbirdə iştirakçılara əvvəl səhər yeməyi təqdim olunacaq, daha sonra isə spikerlər mövzu ətrafında çıxışlar edəcək. Bunun fonunda isə tədbiri canlı musiqi müşahidə edəcək.  

Tədbirdə iştirak etmək istəyənlər biletləri 050-808-41-21 telefon nömrəsi və ya @lifecoach_hasanova, @mydom_u_nargiz İnstagram səhifəsi ilə əlaqə yaradaraq əldə edə bilərlər. Biletlər məhdud saydadır.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...