Dəhşətli hadisə: Son sözü “Ana, mən ölürəm” oldu

Dəhşətli hadisə: Son sözü “Ana, mən ölürəm” oldu
20 yaşlı gənc evində oturub sevgilisi ilə mesajlaşdığı yerdə evin çölündən maskalı bir şəxs tərəfindən güllələnib.

Dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb. Bu barədə "HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, Niyazi Ustahüseyn axşam evinə gəlib, bir müddət sonra isə öz otağına keçərək sevgilisi ilə mesajlaşmağa başlayıb. Bu zaman çöldən yaxınlaşan naməlum şəxs  silahı pəncərəyə doğruldaraq atəş açmağa başlayıb, sonra isə hadisə yerindən qaçıb.

 

Ağır yaralan Niyazi sürünərək yan otağa keçib və "Ana, mən ölürəm”, - deyib, huşunu itirib. Dəhşətə düşən ailə polis və təcili yardıma xəbər edib. Gənc xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq ölüb.

Ana Zeynəb Ustahüseyn oğlunun qanının yerdə qalmamasını istəyib: "Hadisə baş verəndə o biri otaqdaydım. Oğlum burda oturub mesajlaşırdı. Biri gəlib oğluma atəş açır. Bunlar bir-iki nəfər deyil, dəstədirlər. Bağçadan giriblər, oğlumu pəncərədən izləyiblər, onun kresloda oturduğunu görüblər, sonra isə 5 dəfə atəş açıblar. Qanlar içində özünü çölə atdı, "Ana, mən ölürəm”, - dedi. Övladımı itirdim. Mən necə ağrı yaşayıramsa, Allah onlara da yaşatsın”, - deyib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

 

OXŞAR XƏBƏRLƏR

İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi

 Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərb...

Baş Prokurorluq və DİN-in vəzifəli şəxsləri Bərdəyə ezam olundu

 Avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ba...

İmişlidə bıçaqlanma hadisəsi baş verib, ölən və yaralanan var

 İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb 1 nəfər yaralanıb. Sfera.az xəbər verir ki, hadisə 20 radələrində İmişli rayonu Göbəktala kəndin...

Göygöldə piyadanı avtomobil vurub

 Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Sfera.az xəbər verir ki, qəza Göygöl şəhər ərazisində q...

Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib

 Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların...

Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb

 Aeroport şossesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisədi baş verib. Bakı Nəqliyyat Agentliyindən Sfera.a...