Dəhşətli avtomobil qəzasına düşən Tolqahan Sayışman ölümdən döndü - FOTO
13:20 / 19.01.2021
2611
Məşhur
aktyor Tolqahan Sayışman ölümdən dönüb.
Sfera.az xəbər verir ki, İzmirə iş görüşməsinə gedən aktyor oradan qayıdan zaman Yalova istiqamətində qəzaya düşüb.
Həmin vaxt aktyorun yanında dostu da olub. Onlar təhlükəsizlik kəməri sayəsində sağ qalıblar.
Məlumata görə, T.Sayışman qarşıdan gələn maşınla toqquşmamaq üçün manevr edərkən, qəzaya uğrayıb.
Hadisə yerinə polislər və təcili yardım maşını gəlib. Aktyor və dostu xəstəxanaya yerləşdiriliblər.
Jalə Mehdi
Sfer.az