DƏHŞƏT! Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
13:50 / 06.03.2020
3479
Masallı rayonunda "Niva” aşıb.
Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır.
Qeyd edək ki, dağlıq ərazidə yerləşən kənd sürüşmə zonası hesab edilir.