Davud Rəhimovun həyat yoldaşının 1 milyonunu mənimsədilər

Davud Rəhimovun həyat yoldaşının 1 milyonunu mənimsədilər
Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın təxminən 1 milyon manat pulunu ələ keçiriblər.
 
Sfera.az bildirir ki, M.Rəhimova ötən ilin dekabrında bununla bağlı Baş Prokurorluğa müraciət edib.

Məhluqə Rəhimova qeyd edib ki, 2010-2011-ci illərdə Bakı sakini – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci onu aldadaraq 340 min dollar və 181 500 manat pulunu ələ keçirib. Həmçinin, paytaxt sakini 1957-ci il təvəllüdlü Ramis Mövlüd oğlu Nadirov ondan 310 500 manat alaraq mənimsəyib.

İş materialları bir neçə gün öncə araşdırılması üçün Nizami RPİ-yə göndərilib.

Məhluqə Rəhimova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ əlillər cəmiyyəti ilə bağlı deyil, şəxsi məsələsidir: 

"Bizim həmin vaxt müəyyən proqramlarımız olurdu, onlar da özlərini yüksək vəzifəli şəxs kimi tanıdaraq bizə dəstək olacaqlarını demişdilər. Əslində heç yerdə işləmirmişlər. Dələduzdular, təkcə məni yox, başqa adamları da aldadıblar.

Müraciət etmişəm, "Banditizm"in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi - red.) rəisi, general Əbülfət Rzayevlə də görüşdüm, dedi kömək edəcəyik. Onları tutacaqlar, pul aldıqlarını etiraf etdikləri əl yazıları da var.

Onlar illərdi qaçıb gizlənmişdilər, İslam Rusiyaya getmişdi, Ramiz Gürcüstana qaçmışdı. Çoxdandı onları axtarırdılar, indi daha onlara "Stop” qoyulub, qaça bilməyəcəklər”.

Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Məhluqə Rəhimova Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimovun həyat yoldaşıdır.

OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...