Davamçılar Fəxri xiyabanda və “Şöhrət” muzeyində olub - FOTO

Davamçılar Fəxri xiyabanda və “Şöhrət” muzeyində olub - FOTO
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. 

Azərbaycan dövlətçiliyinin xilaskarı, dünya səviyyəli siyasi xadim Heydər Əliyev bütün ömrünü güclü və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və onun hərtərəfli tərəqqisinə həsr edib. O, tarixin axarını dəyişən ideya və prinsipləri ilə Azərbaycanın bütün sahələr üzrə inkişafında yeni mərhələyə qədəm qoymasını təmin edib. Ulu öndərin əbədiləşən ömür yolu, vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqı onu unutmur, hər il dərin hörmət və ehtiramla yad edir. Bu gün xalq ulu öndərə olan yüksək etimadı bir daha sübut edərək Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşib. 

Ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 100-dən çox davamçı gənc Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. 
 
"Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkat adından ulu öndərin məzarı önünə əklil qoyub. 

Davamçılar ümummilli liderin məzarına gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər. 

Sonra isə davamçılar Heydər Əliyevin ömür yolunu nümayiş etdirən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət” muzeyini ziyarət ediblər. Onlar nümayiş olunan müxtəlif materiallar, fotoşəkillər, arxiv sənədləri, mükafatlar, hədiyyələr ilə tanış olub, ulu öndərin mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı geniş məlumatlar əldə ediblər. 

Sonda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkilib.


OXŞAR XƏBƏRLƏR