“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edildi - FOTO

“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı təsis edildi - FOTO
Bu gün Holiday Inn Otelində baş tutan brifinqdə bununla bağlı ölkə ictimaiyyətinə məlumat verilib.
 
Sfera.az bildirir ki, Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir. Belə ki, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı start-upçılarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Rasul Çunayev gənc idmançı və çempionlarımızın, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Nərmin Knyazlı isə sosial mediyada fəal olan gənclərimizin təmsilçisidir.

Təşəbbüs Qrupunun üzvləri bəyan etdilər ki, verilən yekdil qərara əsasən "DAVAM”  Ümumrespublika Gənclər Hərəkatına rəhbərlik Nihad Allahyarlıya həvalə edilib. 

Nihad Allahyarlı çıxış edərək göstərilən böyük etimada görə təşəkkür etdi və bildirdi ki, "30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə, suveren sərhədlərinə və mülki əhalisinə qarşı terrorçu və uşaq qatili ermənistan silahlı qüvvələrinin məkirli siyasəti davam edir. Xocalı soyqırımı, son günlər Gəncə və Bərdə şəhərlərində baş verən hərbi cinayətlər bunun bariz nümunəsidir. Lakin bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu hər gün, hər saat qarış-qarış tarixi Azərbaycan torpaqlarını işğaldan azad edir. Bu tariximizin qürurlu səhifəsidir və 2016-cı ildən başlayan Böyük Qayıdış bu gün davam edir.”

Daha sonra "DAVAM” sədri N.Allahyarlı sözlərinə əlavə edərək qeyd edib ki, "Gəncliyin bütün enerjisi ilə həyata keçirilən bu haqq işində sonuna qədər Prezident İlham Əliyevin yanındayıq. Lazım gəldiyində Liderimizə dayaq, lazım gəldiyində isə sipər olacağıq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuq işlərindən sosial fəaliyyətə qədər hər sahədə könüllü şəkildə Ali Baş Komandanın əmrindəyik. Təkcə paytaxt Bakıda deyil, bütün regionlarda, o cümlədən tarixi Azərbaycan torpaqları olan Qarabağda da hərəkatın bölgə ofisləri yaranacaqdır. Qarabağ Azərbaycandır! İLHAMLA DAVAM!”


OXŞAR XƏBƏRLƏR