Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroloqundan TƏLİMAT

Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroloqundan TƏLİMAT
"Tonlarla dərmanı udmağı dayandırın, onlar sizi sağaltmayacaq, bu çıxış yolu deyil". Bu sözlər məşhur yapon qastroenteroloqu Xiromi Şinyana aiddir.
Sağlamlıq haqqında kitabların müəllifi olan həkimin müalicə prinsipi dərmandan öncə qidaya korreksiya etməkdən və ərzaqları düzgün nisbətdə  götürməkdən ibarətdir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, Xiromi Şinya heyvanmənşəli qidaların, xüsusən südün rasionda azaldılmasını məsləhət görür. "Süd məhsullarında turş yağlar var ki, onlar bağırsaqda zərərli bakteriyaları artırır. Bu da orqanizmdə sərbəst radikalların və toksinlərin çoxalmasına səbəb olur.

Nəticədə həzm pozulur, xəstə diabet və xərçəng olur. Həkim ətdən qəti imtina etməyi məsləhət görmür. O, rasionu belə balanslaşdırmağı tövsiyyə edir.
 

Qidalanmanın düzgün balansı faiz nisbətində belə olmalıdır:

Gündəlik qidada:

50% - taxıl məhsulları, amma təmizlənməmiş halda. Buğda, çovdar, yarma, vələmir, cilalanmamış yabanı düyü və s. Məhz onlar karbohidratların sürətlə mənimsənilməsinin qarşısını alır, həzmi yaxşılaşdırır.

40% - Meyvə -tərəvəz olmalıdırVitamin, mineral, sellüloza, mikroelementlər yalnız bunlardan alınır. Xüsusən çiy formada.

10-15% - ət və ət məhsulları. Onun da çoxu toyuq, quş əti olmalıdır.
Çox ət yemək orqanizmi tez çürüdür, onların həzminə çox enerji sərf olunur, insan qocalır.

Ət qəbulunun sadə sxemi belədir: hər 1 kq çəkiyə 1 qram zülal mənşəli qida götürülməlidir. Yəni 70 kq-lıq insan gündə 70 qram ət, toyuq və ya balıqdan birini yeyə bilər. Artıq yox.

İmtina etməlisən:

Süd, süd məhsulları - nadir halda qəbul edə bilərsiz
Marqarin
Mayonez, ketçup
Şirniyyat

Su isə artezian suyu olmalıdır. Krandan, marketdən və çaydandan yox. Suyun çox hissəsi səhər içilməlidir.
Suyun sxemi belədir: gündə 3 dəfə səhər yeməyi, günorta və axşam naharından 1 saat öncə 500 ml için. Su ilıq olmalıdır.

Əgər bu qaydalara əməl etsəz, yapon həkim söz verir ki, 2 il ərzində bədəniniz təmizlənəcək, enerjiniz yüksələcək, dərmanlardan azad olacaqsız, hətta genlərinizi belə sağlamlaşdırcaq və qorxulu xəstəliklərdə uzaq olacaqsız.

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...