“Daşnaksütyun” xaricə gedən soydaşlarımıza necə tələ qurur? - Açıqlama
14:25 / 22.02.2021
1617
"Daşnaksütyun”
bu kimi çirkin əməllərilə heç zaman məqsədinə çatmayacaq”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Ermənistanın "Daşnaksütyun” Partiyası və ona bağlı bəzi
qurumların xaricə gedən bir sıra azərbaycanlıları "verbovka” etməyə cəhd göstərməsi barədə mətbuatda
yer alan iddialara münasibət bildirərkən, Milli Məclisin deputatı Elman Nəsirovdeyib:
"Daşnaksütyun
Partiyası terrorçu təşkilatıdır. "Daşnaksütyun”
prinsip etibarı ilə xaricə gedən və ya orada yaşayan hər hansı bir azərbaycanlını
"verbovka” edə bilər. Amma məsələ ondadır bunu heç cür qəbul edə bilmirəm, buna
inanmaq istəmirəm”.
Həmsöhbətimiz
hesab edir ki, adıçəkilən terror təşkilatı ilə bu və ya digər formada
işbirliyinə gedən şəxs mahiyyət etibarilə azərbaycanlı ola bilməz: "Belələrinin
Azərbaycanla heç bir əlaqəsi yoxdur. Onlar pul naminə hər şeyə gedən insanlardır. Əsl azərbaycanlı isə buna getməz”.
Deputat düşünür
ki, "Daşnaksütyun” bu kimi çirkin əməllərilə heç zaman məqsədinə çatmayacaq: "Artıq
güclü Azərbaycan dövləti var. Bir gün gələcək indi it damında yaşayan ermənilər
özləri Azərbaycana müraciət edərək, Azərbaycan vətəndaşlığını qəbul edib,
normal insan kimi yaşamaq istəyini ortaya qoyacaqlar. Ona görə də
"Daşnaksütyun”un hansı üsul və vasitələrdən istifadə etməsindən asılı
olmayaraq, tarixdə terrorçu kimi qalacaq. Terrorçunun isə sonu məhvdir. Ermənilər
hətta ayrı-ayrı azərbaycanlını öz tərəfinə çəkə bilibsə də, belələri azərbaycanlı
familyası və adını daşısa da, daxilən, mənən azərbaycanlı deyillər. Sadəcə azərbaycanlı
qiyafəsində görünürlər. Onlara arxalanıb, düşmən heç bir niyyətinə nail ola
bilməz”.
"Bu vəziyyətlə
üzləşənlər yaxşı olar ki, müvafiq orqanlara müraciət etsin”.
Bunu isə
sayta danışarkən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl söyləyib: "Daşnaksütyun”un
belə hərəkətlərə yol verməsi tamamilə mümkündür. İstisna deyil. Bu qurum hər zaman terrora bağlı olub. Ancaq
"Daşnaksütyun”un bu "verbovka”sının kütləvi hal aldığına inanmıram. Lakin nə
desən ola bilər. İnanıram ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni
nəzərə alırlar”.
Həmsöhbətimiz
önləyici tədbir olaraq öz təkliflərini də səsləndirib: "Xaricə gedənlərlə
maarifləndirici işlər aparmalıyıq. Digər tərəfdən, yaxşı olar ki, bu vəziyyətlə
rastlaşanlar müvafiq orqanlara müraciət etsinlər”.
Sfera.az