Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu - YENİLƏNDİ

Daşkəsəndə toya gələn gənci öldürən şəxs tutuldu - YENİLƏNDİ
Daşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib.

Toy mərasimi zamanı düşən mübahisədə bir nəfər bıçaqlanıb. Toy mərasimində ürək nahiyəsindən bir bıçaq zərbəsi ilə qətlə yetirilən, Daşkəsən rayon Alaxançallı kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovdur.

Hələlik şəxsiyyəti dəqiqləşdirilən şəxs hadisə yerində keçinib.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
***
 
Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sfera.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Tağıyev Şakir Şükür oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı.


OXŞAR XƏBƏRLƏR