Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum oldu - FOTO
18:56 / 24.09.2021
2161
Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meytləri aşkarlanıb.
Sfera.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.
Artıq onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.
(Report)