Daşkənddə 20 Yanvar faciəsi anıldı - FOTO

Daşkənddə 20 Yanvar faciəsi anıldı - FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Milli.Az-a səfirlikdən verilən məlumata görə, mərasim iştirakçıları əvvvəlcə 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi və Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin "20 Yanvar faciəsi uşaqların gözü ilə" rəsm sərgisi ilə tanış olublar.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək XX əsrdə Sovet İmperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışıb, 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib. Səfir vurğulayıb ki, həmin gecədə öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.
Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri Azərbaycanın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxdığını bildirib.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Sovet İmperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyib. O, 20 Yanvar tarixinin Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi mühüm mərhələ olduğunu vurğulayaraq, yanvar şəhidlərinin Azərbaycanın istiqlala qovuşmasında müstəsna xidmətlərini qeyd edib.
Tədbirdə 20 Yanvar hadisələrini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Anım mərasimində Özbəkistan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Milli Konservatoriyanın Kamera orkestri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan konsert-rekviyem təqdim edib.
Rekviyemdə bir sıra Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub, şəhidlərin əziz xatirəsi anılıb.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...