Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.

Komitədən  daxil olan xəbərə görə, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanacaq və bu barədə sms vasitəsi ilə vətəndaşlara bildiriş göndəriləcək.

Vətəndaşlara "Elektron hökumət” portalı vasitəsilə (//www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər 29 mart 2020-ci il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinin 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul ediləcəkdir.

65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil ediləcək.

Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.


OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...