Daşınmaz əmlak ucuzlaşır, əhali pulunu yenidən banklara yönəldir - TƏHLİL

Daşınmaz əmlak ucuzlaşır, əhali pulunu yenidən banklara yönəldir - TƏHLİL

Pandemiyanın uzun müddət davam etməsi daşınmaz əmlak bazarındakı durğunluğu dərinləşdirir. Rəsmi statistikaya əsasən daşınmaz əmlak qiymətlərində ciddi dəyişikliklər baş verməsə də bazarda aktivliyin ötən ilə nisbətən xeyli azaldığı aşkar görünür. Bazar iştirakçılarının məlumatına əsasən, vəziyyət həttə o həddə çatıb ki, bahalı əmlakları dəyərindən 2 dəfə aşağı qiymətə təklif edilsə də alıcı tapmaq çətindir.


Sfera.az bildrir ki, daşınmaz əmlak bazarında durğunluğu yaradan əsas amil pandemiya ilə əlaqədar əhalinin gəlirlərinin azalmasıdır. Əhalinin gəlir göstəricisi makroiqtisadi göstərici hesab edilir və burada baş verən pisləşmə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Rəsmi statistikaya əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 46,06 milyard manat təşkil edib. Əvvəlki ilin eyi dövrü ilə müqayisədə gəlirlərdə 1,4 faiz azalma var. Bu dövrdə ölkənin istehlak bazarında qiymətlər 2,8 faiz artıb. İnflyasiyanı da nəzərə alsaq əhalinin gəlirlərində 4,2 faiz real azalma baş verib.

 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 41,7 milyard manat vəsait qalıb. Sərəncamda qalan gəlirlər nominal göstəricilərlə müqayisədə 2,5 faiz, real göstəricilərlə 5,3 faiz, hər nəfərə düşən gəlirlərdə nominal 3,2 faiz, real olaraq 6 faiz azalma qeydə alınıb.

 

Əhalinin real gəlirlərinin azalması daşınmaz əmlak qiymətlərinə və bazardakı aktivliyə mənfi təsir göstərir. Gəlirlərin azalmasının daşınmaz əmlak bazarına təsiri 2 formada özünü göstərir.

 

Birincisi, əhalinin gəlirlər azaldıqda mövcud olan xərclərin ödənilməsi üçün daşınmaz əmlak satışları artır. Ölkəmizdə birdən artıq daşınmaz əmlaka sahib olan fiziki və hüquqi şəxslər çoxdur. Bu cür dövrlərdə onların bir qismi sahib olduğu daşınmaz əmlakın bəzilərini satıb likvid vəsaitə çevirirlər. Bunun nəticəsində bazarda təklif artır və qiymətlər aşağı doğru meyl edir.

 

Əgər satışın artdığı vəziyyətdə alışda da eyni həcmdə artım baş verərsə, o halda qiymət enməsi olmaya bilər. Lakin əhalinin gəlirlərinin azalması alışı artırmağa imkan vermir. Buna görə də bazara çıxarılan nəinki əlavə daşınmaz əmlakı, hətta əvvəlki əmlakları da satmaq çətinlik yaradır.

 

Mövcud vəziyyətdə daşınmaz əmlak bazarında təklif qiymətləri də tədricən azalır. Pandemiyanın hələ bir müddət də davam edəcəyini nəzərə alsaq proqnozlaşdıra bilərik ki, daşınmaz əmlak bazarında təklifin artması səbəbindən qiymət azalması davam edəcək.

 

Daşınmaz əmlak bazarında qiymətlərə mənfi təsir göstərən ikinci amil bazardakı durğunluq zamanı alıcıların gözləmə mövqeyinə keçməsidir. Bu bazarı digər bazarlardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, daşınmaz əmlak bir əmtəə kimi gündəlik istehlak malı hesab edilmir. Gündəlik istehlak malı olmayan əmtəələrı almaq istəyən alıcı bir qayda olaraq daha münasib zamanı gözləyir. Hazırda daşınmaz əmlak bazarında qiymətlərin enməsi prosesi müşahidə edilir. Daşınmaz əmlaka investisiya edənlər belə vəziyyətdə qiymətlərin bir qədər də enməsini gözləyir. Bu yanaşma onunla nəticələnir ki, bazarda alıcılıq bir qədər də zəifləyir və ticarət fəallığı pisləşir.

 

Yaranmış vəziyyətdə əlavə böyük vəsaiti olan şəxslərin bəziləri pulunun bir hissəsini banklara əmanət şəklində yerləşdirir. Son məlumatlara əsasən banklara manatla qoyulan əmanətlərin həcmində artım müşahidə olunur. 2020-ci ilin sentyabr və oktyabr aylarında əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki aylara nisbətən artıb. Avqustda 3,579 milyard manata qədər azalan milli valyutada olan əmanətlərin məbləği noyabrın 1-də 3,3 faiz artaraq 3 milyard 697 milyon manata yüksəlib. Manatla əmanətlərin artması ümumilikdə əmanət artımında da şərait yaradıb. Əmanətlərin həcmi 7,77 milyard manatdan 7,87 milyard manata qədər artıb.

 

Əmanətlərin 53 faizi xarici, 47 faizi milli valyutada qoyulub. Milli valyutada olan əmanətlərin xüsusi çəkisi ötən ilin noyabrın 1-də 45 faiz idi.

Əhalinin əmanət yığımlarını artırması sabit gəlirin olması ilə bağlıdır. Hazırda banklar manatla qoyulan əmanətlərə illik 7-9, bəziləri isə 10 faiz divident verir. İllik 2,8 faiz inflyasiyanın olduğu ölkədə bu faizlər hesabına 4,2-7,2 faiz intervalında real gəlir əldə etmək imkanı var.

 

Amma daşınmaz əmlaka qoyulan investisiyalar hazırda sahibini zərərə uğradır. Kirayə qiymətləri daşınmaz əmlakın dəyəri ilə müqayisədə illik 4-6 faiz intervalında gəlir gətirir. İnflyasiya nəzərə alındığında burada real gəlir 1,2-3,2 faizdir. Daşınmaz əmlak üzrə gəlir az olmaqla yanaşı əmlakın ucuzlaşması hesabına itirilən vəsait də var. Əmlakın qiymətinin enməsini nəzərə aldıqda daşınmaz əmlaka bir il əvvəl sərmayə qoyanlar indi zərər edir.

 

Buna görə də pandemiya vəziyyətində daşınmaz əmlak almaq risklidir. Alıcılar qiymətlərin bir qədər də enəcəyini nəzərə alaraq hələ bir müddət gözləmə mövqeyində qalacaq.

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...