Daşınmaz əmlak bazarında aktivlik yüksəlir - TƏHLİL

Daşınmaz əmlak bazarında aktivlik yüksəlir - TƏHLİL

Martda yaranan devalvasiya ehtimalı və tətbiq edilən sərt karantin tədbirləri daşınmaz əmlak bazarında ciddi passivlik (tələbin kəskin azalması) yaratmışdı. Tələbim azalmasını şərtləndirən ilk güclü amil devalvasiya ehtimalı oldu. Martda neft qiymətlərində kəskin enmə əhalidə və biznes sektorunda növbəti devalvasiyanın baş verəcəyi qorxusunu yaratdı. "Brent” neftinin qiyməti martda 52 dollardan 22 dollara qədər düşdü. Qısa müddətdə neftin 2,3 dəfədən çox ucuzlaşması devalvasiyanın baş verəcəyinə dair qənaəti formalaşdırdı. 2015-ci ilin təcrübəsini xatırlayan əhali və biznes qurumları manatla olan vəsaiti dollar alışına yönəltdi. Dollar alışına yönəldilən vəsaitlər arasında daşınmaz əmlak almaq məqsədilə toplanan pullar da var idi. Həmin vəsaitin dollara çevrilərək xərclənməməsi daşınmaz əmlak bazarında tələbin sürətlə azalmasına şərait yaratdı. Bu hal bazarda qiymətlərin enməsinə təsir göstərdi.


Devalvasiya bankların istehlak və biznes kreditlərinin də verilməsinə mənfi təsir göstərdi. Bununla əlaqədar olaraq martdan kredit verilişi azaldı. Kreditlərin azalması daşınmaz əmlak bazarında da tələbin zəifləməsinə əsas yaratdı.

 

Sfera.azxatırladır ki, martda daşınmaz əmlak bazarında tələbin azalmasını şərtləndirən digər mühüm faktor karantin oldu. Karantinlə əlaqədar insanların hərəkət aktivliyində xeyli zəifləmə baş verdi. İnsanlar evdən çıxa bilmədiyindən daşınmaz əmlak ticarəti ilə maraqlana bilmədilər. Digər tərəfdən karntin əhalinin və biznes sektorunun gəlirini azaltdı. Çoxlu sayda iş yerlərinin bağlanması, biznes fəaliyyətinə qoyulan məhdudiyyətlər gəlir əldə edilməsini çətinləşdirdi. Gəlir əvvəlki səviyyədə olmadıqda daşınmaz əmlak bazarında tələbin zəifləməsi qaçınılmazdır.


Martda formalaşan şərtlər apreldə dəyişib. Apreldə devalvasiya qorxusu xeyli azaldı, çünki ötən ay neft ixrac edən ölkələr hasilatın azaldılması ilə bağlı razılaşma əldə etdi. Bu fakt neft ixrac edən ölkələrə müsbət mesaj oldu. Devalvasiya qorxusunun azalması əhalinin daşınmaz əmlak xərclərini müsbətə doğru dəyişdirdi.

 

Apreldə həm də ipoteka kreditlərinin verilməsinə dövlət dəstəyi gücləndirildi, karantin tələbləri nisbətən yumşaldıldı və insanların hərkət sərbəstliyi artdı.

Yeni vəziyyət daşınmaz əmlak bazarında aktivliyi yüksəldib. Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında 2,5%, ilkin mənzil bazarında 2,76%, torpaq bazarında isə 9,12%-lik artım qeydə alınıb.


Bunu açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.


O bildirib ki, kommersiya obyektlərin icarəsində isə 2,53% azalma qeydə alınıb: "Ümumi daşınmaz əmlak bazarında ay ərzində 2,74%-lik artım qeydə alınıb. Bu ilin mart ayı ilə müqayisədə apreldə Bakının daşınmaz əmlak bazarında aktivlik artıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə ümumi bazarda 5,31% artım olub, təkrar mənzil bazarında 1,13%, ilkin mənzil bazarında 8,58%, kommersiya obyektləri bazarında 9,25%, torpaq bazarında 6,18%, kirayə mənzil bazarında 6,51%, kommersiya obyektlərin icarəsində isə 12,56%-lik artım olub".


O əlavə edib ki, hazırda kirayə mənzil bazarında aktivlik müşahidə olunur: "Aprel ayında orta qiymət 1 350 manat təşkil edib. Ümumilikdə, kirayə mənzil bazarında ay ərzində artım 0,26% təşkil edib".


Daşınmaz əmlak bazarında müşahidə edilən müsbət dinamika may ayında bir qədər də güclənəcək. Bu aydan neft qiymətlərinin tədricən yüksəlməsi müşahidə olunur. Apreldə Azərbaycanın ixrac etdiyi neftin qiyməti 15 dollara qədər endikdən sonra yüksələrək hazırda 35-36 dollara satılır. Dinamika göstərir ki, neft qiymətlərinin iyunda 40 dollara yüksəlmə ehtimalı böyükdür. Avropa, əksər Asiya ölkələri və ABŞ məhz iyundan karantini xeyli yumşaldacaq. Bununla neftə olan tələb yüksələcək və bu hal qiymətlərin artımına kömək edəcək. Belə olan halda Azərbaycanda devalasiyanın baş vermə ehtimalı minimuma enir və bu, dollarla yığılan pulların tədricən dəyər qazanan sahələrdən biri olan daşınmaz əmlak sektoruna yönəlməsinə səbəb olacaq.

Neftin bahalaşması dollara olan tələbi zəiflətdiyindən banklar da kredit qoyuluşunu artıracaq. Eyni zamandan iyunda Azərbaycanda da karantinin əsasən aradan qaldırılması gözlənilir.

 

Baş verən dəyişiklikləri nəzərə alaraq proqnozlaşdırmaq olar ki, may ayından başlayaraq neftin bahalaşması ilə paralal olaraq daşınmaz əmlak bazarında yüksək aktivlik müşahidə ediləcək.

 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...