Danışıqlardan sonra tərcüməçilər güllələnəcək? – Putin-Bayden görüşü ilə bağlı şok açıqlama

Danışıqlardan sonra tərcüməçilər güllələnəcək? – Putin-Bayden görüşü ilə bağlı şok açıqlama
Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.

Bunları "Rossiya-1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar: "Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını - "Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq.



Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, - deyə Jirinovski qeyd edib. // virtualaz.org


OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...