Dağlıq Qarabağ xalqı varmı? – Politoloq Lavrovun bəyanatını şərh edir

Dağlıq Qarabağ xalqı varmı? – Politoloq Lavrovun bəyanatını şərh edir
 

"Rusiya xarici işlər naziri tərəfindən xüsusi olaraq seçilən bu ifadə təxribat xarakterlidir və xalqların öz müqqədəratını təyin etmək prinsipini bilavasitə legitimləşdirməyə, önə çəkməyə hesablanmış addımdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda olarkən "Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq” fikirlərinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

 

"Rusiya bununla ikili standartlardan çıxış etdiyini ortaya qoyur. Bu həmçinin Moskvanın problemin həllində səmimi olmadığını sübut edir. Lavrovun bu ifadəsi Dağlıq Qarabağ probleminin həllinə nəinki yardım etmir, əksinə bilavasitə ermənilərin marağına yönəlik, xüsusi olaraq ortalığa atılan bir ifadədir. Çünki Dağlıq Qarabağ xalqı deyilən bir xalq mövcud deyil. Sadəcə olaraq, Qarabağın Dağlıq hissəsində milli azlıq olaraq etnik ermənilər yaşayır. Ona görə də burada yaşayan erməniləri Dağlıq Qarabağ xalqı kimi təqdim etmək təxribat xarakteri daşıyır və problemin həllində daha çox Azərbaycanın mövqelərini zəiflədir”.

 

Həmsöhbətimiz bildirdi ki, Lavronun həmin açıqlaması həm də problemin Rusiyasız həllinin mümkünsüz olması anlamına gəlir: "Çünki Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən bilavasitə Rusiyadır. Onlar bilavasitə həm siyasi, həm də hərbi anlamda Rusiyadan asılı və oradan idarə olunan qruplardır. Belədə Paşinyan istəsə belə problemi həll edə bilməz. Görünür, Moskvada belə bir əndişə yaranıb. Ona görə də Lavrovun həmin açıqlaması tək Azərbaycana yönəlməyib, həm də Paşinyana meydan oxumağa hesablanıb. Kreml məhz Qarabağ kartından istifadə etməklə Paşinyanın mövqeyini zəiflətməyi düşünür”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...