Dağlıq Qarabağ xalqı varmı? – Politoloq Lavrovun bəyanatını şərh edir

Dağlıq Qarabağ xalqı varmı? – Politoloq Lavrovun bəyanatını şərh edir
 

"Rusiya xarici işlər naziri tərəfindən xüsusi olaraq seçilən bu ifadə təxribat xarakterlidir və xalqların öz müqqədəratını təyin etmək prinsipini bilavasitə legitimləşdirməyə, önə çəkməyə hesablanmış addımdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanda olarkən "Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq” fikirlərinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:

 

"Rusiya bununla ikili standartlardan çıxış etdiyini ortaya qoyur. Bu həmçinin Moskvanın problemin həllində səmimi olmadığını sübut edir. Lavrovun bu ifadəsi Dağlıq Qarabağ probleminin həllinə nəinki yardım etmir, əksinə bilavasitə ermənilərin marağına yönəlik, xüsusi olaraq ortalığa atılan bir ifadədir. Çünki Dağlıq Qarabağ xalqı deyilən bir xalq mövcud deyil. Sadəcə olaraq, Qarabağın Dağlıq hissəsində milli azlıq olaraq etnik ermənilər yaşayır. Ona görə də burada yaşayan erməniləri Dağlıq Qarabağ xalqı kimi təqdim etmək təxribat xarakteri daşıyır və problemin həllində daha çox Azərbaycanın mövqelərini zəiflədir”.

 

Həmsöhbətimiz bildirdi ki, Lavronun həmin açıqlaması həm də problemin Rusiyasız həllinin mümkünsüz olması anlamına gəlir: "Çünki Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən bilavasitə Rusiyadır. Onlar bilavasitə həm siyasi, həm də hərbi anlamda Rusiyadan asılı və oradan idarə olunan qruplardır. Belədə Paşinyan istəsə belə problemi həll edə bilməz. Görünür, Moskvada belə bir əndişə yaranıb. Ona görə də Lavrovun həmin açıqlaması tək Azərbaycana yönəlməyib, həm də Paşinyana meydan oxumağa hesablanıb. Kreml məhz Qarabağ kartından istifadə etməklə Paşinyanın mövqeyini zəiflətməyi düşünür”.

 

 

Elçin

Sfera.az

OXŞAR XƏBƏRLƏR

ABŞ Heritage Fondu: Dağlıq Qarabağ Azərbaycan ərazisidir

Amerikanın "The Heritage Foundation"-u Beynəlxalq Siyasət Mərkəzinin direktoru Luke Coffey müxtəlif ölkələrdə turistik məqsədlərlə qısa müdətli ev kirayəsi xi...

Prezident: Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı”ndan sifariş gəlir, mənə bu qədər pul lazımdır…”

"Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə ...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – "Bir şeyi dəqiq bilin..."

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə n...

"Əli Həsənovun vəzifədə olduğu dönəmdə..." - Rauf Arifoğlu

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yenisabah.az-a müsahibə verib. Gündəm mövzuları haqda görüşlərini ifadə edən baş redaktor mətbuatın mövcud ...

Fəzail Ağamalıdan Ramiz Mehdiyevə şok ittihamlar: “Ağsaqqal” daha da aqressivləşir”

Ölkə prezidenti Azərbaycanı yeniləməkdə, müasirləşdirməkdə və demontaj etməkdədir. Ulu Öndərimizin sarsılmaz təməllər üzərində qurduğu müstəqil dövlətimiz prezi...