“Dalınca qırıcı göndərməliyik?” - Nazir Mxitaryandan danışdı + Video

“Dalınca qırıcı göndərməliyik?” - Nazir Mxitaryandan danışdı + Video
"Azərbaycan, Bakıda olacağı müddətdə, "Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir!”.

Bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ötən gün CNN-ə verdiyi müsahibədə danışıb.

Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.

"Siz daha çox zəmanət deyəndə nə nəzərdə tutursunuz? Yüz faizlik zəmanətdən daha çox nə ola bilər? Biz "təhlükəsizlik" deyiləndə nə nəzərdə tutulursa hamısını etmişik. Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik, axı?”, - deyə nazir bildirib.

A.Rəhimov  Mxitaryanın Bakıya gələcəyi təqdirdə təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi "Arsenal” futbol klubuna göndərildiyini diqqətə çatdırıb.

"Azərbaycan hökumətinin, həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosasiyası və təhlükəsizliyə cavab verən bütün dövlət orqanlarının adından zəmanət məktubu göndərmişəm”, - deyə nazir əlavə edib.

O, həmçinin, qeyd edib ki, Mxitaryana şəxsən təhlükəsizliklə bağlı zəmanətlərin çatdırılması üçün onun Azərbaycan səfirliyi ilə əlaqə yaratması təklif edilsə də, futbolçu müraciət etməyib.

Bakıya gəlmək istəyən digər erməni əsilli futbol azarkeşlərinə gəlincə, nazir Azərbaycanın heç vaxt azarkeşlərin ölkədə keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakına əngəl yaradılmadığını dilə gətirib.  

 

 



OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...