“Daha sərt karantin tədbirlərinə gediləcək…” – Adil Qeybulla

“Daha sərt karantin tədbirlərinə gediləcək…” – Adil Qeybulla

"Virusa yoluxmanın artması son hadisələrin, yəni Vətən uğrunda gedən müqəddəs savaşın eyforiyası, əhval-ruhiyyəsi fonunda karantin qaydalarının arxa plana keçməsinin nəticəsidir”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda son gün ərzində koronavirusa yoluxanların sayının sürətlə artaraq 530 nəfərə çatmasının hansı səbəblərdən qaynaqlandığığına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Artıq televiziya ekranlarından Operativ Qərargahın məlumatlarını da seyr etmirik. Maarifləndirici tədbirlər də sanki gündəmdən çıxıb. Digər tərəfdən, vətəndaşlar özləri də karantin davranışlarına riayət etmir, xüsusən də qapalı məkanlarda”.


A. Qeybullaya görə, həmin istiqamətdə təbliğatı işlər dayandırılmamalıdır:

 

"Məsələ ondadır ki, koronavirusun ön cəbhəyə yayılması çox ciddi təhdid ola bilər. Azərbaycan çox həyati bir məsələ uğrunda savaş aparır. Bu yöndə uğura nail olmalıyıq. Ona görə də koronavirus məsələsi arxa plana keçməməlidir. İnsanlar vətəndaş məsuliyyətini daha da gücləndirməlidir. Karantin qaydalarına ciddi riayət olunmalıdır, məsafə saxlanılması, maska taxmaq mütləq şərtdir. Bu zaman burun və ağız tam örtülməlidir. Maskanı çənədə saxlamaq yolverilməzdir. Təəssüf ki, insanlarımızın çoxu hələ də bu məsələni iqnor etməkdə davam edir”.


Həmsöhbətimizin fikrincə, virusun artma tempi məsul rəsmi qurumların bu istiqamətdə fəaliyyətinin də qənaətbəxş olmadığına işarədir: "Məsələ ilə bağlı həyəcan təbili çalınmalıdır. Metronun, məktəblərin bağlanması da zərurətdən meydana gəlib. İnsanların rayonlara axını yoluxmanı artırdı. Yaranmış vəziyyətdə düşünürəm ki, müəyyən sərt tədbirlərə getmək zərurəti yaranacaq”.

 

Elçin

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.   Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat ver...

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi QURAŞDIRILDI

Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk s...

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.    Sfera.az xəbər verir ki, bu barədə İctimai TV Ermənistan...

Dövlət başçısı: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.   Sfera.az xəbər...

Prezident: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür"

COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.   Sfera.az xəbər...

Rusiyada milçəkdən çörək bişirilməyə başlanıldı

Rusiyada milçəkdən çörək bişirilməyə başlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə “Skolkovo” İnnovasiya Mərkəzinin “Zen” pl...