\"Daha məndən heç nə soruşmayın...\" - Əhəd Abıyev qardaşını döyməsi xəbərindən danışdı

\
 
"Qardaşım qızının dedikləri yalandır. Mən heç kimi döyməmişəm. Haqqımda səsləndirdiyi ittihamlar boş-boş  şayiələrdir”.

Sfera.az xəbər verir ki, bunu "Modern.az"a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qardaşı qızı Zümrüd Yağmurun Meydan TV-yə müsahibəsi zamanı onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

Əhəd Abıyev Zümrüd Yağmurun ailəsində baş verənlərlə bağlı  mətbuatın onu rahat buraxmasını istəyib:

"Barəmdə deyilənlərin heç birinə daha reaksiya vermirəm. Mənim nəsə danışmağıma ehtiyac yoxdur. Fuad Qəhərmanlının Zümrüd  Yağmurun barmaqlarını qırması kimi məsələlərlə bağlı mənə sual verməyin. Əzizlərinizin canına and verirəm, məndən daha heç nə soruşmayın. Cavab verən deyiləm”.

Qeyd edək ki, Zümrüd Yağmur əmisi  Əhəd Abıyevlə münasibətlərindən söz açarkən deyib: "Əhəd Abıyevlə münasibətlərimin pozulması mən 9-cu sinifdə oxuyanda baş verib. Mənim cəbhəçi olmağımla bağlı deyil. Bunun da səbəbi Əhəd Abıyevgilin mənim atamı döyməsi olub. Qardaş-qardaşı döyüb. Bu nə Fuad Qəhrəmanlı ilə bağlı olub, nə də müxalifətçi olmağımla...".  

OXŞAR XƏBƏRLƏR

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

Doqquzuncu planetin mövcudluğu ilə bağlı yeni sübutlar əldə edildi

Kaliforniya Texnologiya İnstitutunun və ABŞ-nin digər elmi müəssisələrinin planetoloqları Günəş sistemində Planet X kimi tanınan doqquzuncu planetin mövcudluğu ...