Daha bir təhsil şöbəsinin müdiri işdən çıxarıldı - Nazirlik araşdırma apardı

Daha bir təhsil şöbəsinin müdiri işdən çıxarıldı - Nazirlik araşdırma apardı
Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Sfera.az-ın məlumatına görə, "qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.

Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

OXŞAR XƏBƏRLƏR