Daha bir şahmatçı Çempionlar Turunda iştirak edəcək

Daha bir şahmatçı Çempionlar Turunda iştirak edəcək
"Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam".

Sfera.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turuna dəvət almaması barədə danışarkən deyib.

Məmmədyarov bunun qəribə hal olduğunu bildirib: "Elə bir idman növü olmaz ki, sən "Top-10"da olasan, amma bu cür turnirə dəvət almayasan. Turniri "chess24" saytı keçirir. Bu sayt da Karlsenə aiddir. Saytın heç bir yarışında qüvvəmi sınamamışam. Məndən fərqli, Teymur Rəcəbov isə burada çox aktiv iştirak edir. Fikirləşirdim ki, dəvət almamağım saytla əməkdaşlıq etməməyimdən irəli gələ bilər".

36 yaşlı şahmatçı Çempionlar Turunun qarşıdakı mərhələlərində iştirak edəcəyini söyləyib: "Təşkilatçılar mənə yazdılar və turnirə dəvət etdilər. Açığı, özümə də qəribə gəldi. İndiyədək olmayıbsa, bundan sonra necə oldu. Mənimlə Karlsen özü şəxsən maraqlanıb, soruşub ki, Şəhriyar niyə yoxdur. Təşkilatçılar, sponsorlar kimi görmək istəyirlərsə, onu dəvət edirlər. Təəssüf ki, mənə dəvət gəlməyib. Amma qarşıdakı aylarda mən də Çempionlar Turunda çıxış edəcəyəm".

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Skilling Open", "Airthings Masters" və "Opera Rapid" mərhələlərində iştirak edib. (Report)


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...