Daha bir qəsəbənin marşrut problemi həll edildi

Daha bir qəsəbənin marşrut problemi həll edildi
 

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

 

Hazırda "Kral Transport” MMC-nin müvəqqəti istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Ayrı-ayrı vaxtlarda vətəndaşlar tərəfindən marşrut xətti ilə bağlı 185 şikayət daxil olub.

Daxil olan şikayətlərə əsasən monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtıq, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib.

Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olunsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Bu xətt üzrə 12 metrlik BMC Procity markalı avtobuslar fəaliyyət göstərəcək. Avro 6 standartlarına cavab verən avtobuslar rahatlığı eləcə də fiziki imkanları məhdud sərnişinlər üçün əlçatanlığı ilə də fərqlənir. Dəyişiklik sayəsində bu xətt üzrə də ödəniş nağdsız formada həyata keçiriləcək.

Vətəndaşlardan daxil olan çoxsaylı müraicətlər nəzərə alınaraq 24 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Beləki bu xətt üzrə avtobusların hərəkəti metronun N.Nərimanov stansiyası-Qaraçuxur qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 45 mindən artıq sakini olan Qaraçuxur qəsəbəsinin Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və N.Nərimanov metro stansiyası ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub.

Yeni hərəkət sxeminə əsasən Bakı Olimpiya Stadionunun ictimai nəqliyyatla hər iki istiqamətdə əlaqələndirilməsi də təşkil edilib. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...