Daha bir \"qanunu oğru\" öldürüldü - Müəmmalı qətl

Daha bir \

Moskvada "qanuni oğru” müəmmalı şəkildə öldürülüb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin ehtimala görə, 27 yaşlı "qanuni oğru” Maksim Fransuzovu ("Fransuz”) yaşadığı mənzilin pəncərəsindən atıblar.

Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəmnində öldürüldüyü istisna edilmir. Bundan əlavə, onun böyük məbləğdə borca görə öldürülməsi ehtimalı da nəzərdən keçirilir.

Kriminal avtoritetin yaşadığı binanın girişindəki nəzarət kameraları və domofon bir neçə gün əvvəl yararsız vəziyyətə salınıb. Qonşuların verdiyi məlumata görə, 4 gün əvvəl kimsə məqsədli şəkildə məftilləri kəsib. Təmir üçün müraciət olunsa da, hələ də sistem bərpa olunmayıb.

Qonşuların sözlərinə görə, yerli vaxtla saat 7 radələrində güclü gurultu eşidilib. Diqqətlə baxdıqda blokun girişindəki günəşliyin üstündə Fransuzun meyitini görüblər. Dərhal hadisə yerinə polis, təcili yardım və FHN işçiləri çağırılıb.

Kriminal avtoritetlə birlikdə mənzildə onun anası, həyat yoldaşı və 1 il əvvəl dünyaya gələn uşağı yaşayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat briqadası çalışır.

Qeyd edək ki, bu, Fransuza təşkil edilən ilk sui-qəsd olmayıb. 2015-ci ilin avqustunda kriminal avtoritet evindən çıxarkən güllələnib. Atəş açan şəxs istintaqdan yayına bilib. Fransuzun həyatı isə həkimlərin səyi nəticəsində xilas olunub.

Məlumata görə, 2013-cü ilin iyununda Fransuz "qanuni oğru” Gela Kardava tərəfindən "taclandırılıb”. Ded Xasanın ölümündən sonra onun boş qalmış hakimiyyətinə Şakro Molodoy sahib çıxıb. Fransuzun "xaç atası” Gelanın da bu yerə iddialı olması Fransuzu Şakro ilə qarşı-qarşıya gətirib. Bundan əlavə, həbsdə olduğu müddət ərzində həddindən artıq çox avtoritetin "qanuni oğru” adı almasına etiraz edən Şakro yalnız layiq olanların bu titulu almasını istəyib və onlarla avtoriteti bu addan məhrum edib. Həmin vaxt Fransuzun da ünvanına etirazlar səslənib.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...