Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı
Dünya
22:45 / 24.02.2020
1702
Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.
Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.
Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.