Daha bir ölkə koronavirusa qarşı dərman istehsal edəcək

Daha bir ölkə koronavirusa qarşı dərman istehsal edəcək
Daha bir ölkədən koronavirus əleyhinə dərman istehsalı ilə bağlı ümidverici xəbər gəlib.
 
Sfera.az bildirir ki, Çində COVID-19-a qarşı hazırlanmış bəzi dərman və müalicə vasitələrinin klinik sınaqlarında uğurlu nəticələr əldə edilib. "China Daily” qəzetinin məlumatına görə, Pekin Genomika üzrə Qabaqcıl İnnovasiyalar Mərkəzinin direktoru Sunniy Şi koronavirusun bütün variantlarına qarşı tam təsirli bir antikor kəşf etdiklərini açıqlayıb. Onun sözlərinə görə, "DXP-604” adı verilən antikorun artıq ikinci mərhələ klinik sınaqlarına başlanılıb.

Sunniy Şi indiyə qədər 14 xəstə üzərində sınaqdan keçirilən dərmanın virus əlamətlərini aradan qaldırmaq istiqamətində müsbət nəticələrin müşahidə edildiyini deyib.
 
Digər tərəfdən Çin və ABŞ-da fəaliyyət göstərən "Brii Bionsciences” şirkəti  də "BRII-96” və "BRII-198” adlı iki antikoru birləşdirən dərmanın təcili istifadəsi üçün ABŞ-ın Dərman və Qida İdarəsinə müraciət edib. Şirkət bildirib ki, Tsinghua Universiteti və Şinjin Üçüncü Xalq Xəstəxanası tərəfindən hazırlanan dərman üçün aparılan klinik sınaqların üçüncü mərhələsində COVID-19 xəstələrinin ölüm və xəstəxanaya yerləşdirilmə nisbətlərinin 78 faiz azaldığı müəyyən olunub.

Günay Rəsulqızı
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3D çaplı peyvənd hazırlanıb - "Daha çox qoruyacaq..."

ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar. Sfera.az xəbər verir ki, &...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda daha 35926 nəfər peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildiril...

COVID-19-a yoluxma sayı artdı – GÜNLÜK STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır. Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə ...

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.   Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u...

Bu universitetin 64 tələbəsi KORONAVİRUSA YOLUXUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində indiyədək 64 tələbə koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, hazırda 28 qrup təhsilini distant şəki...