Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək
Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub.

Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəbər dərc edib. Qəzet iddia edib ki, Türkiyə alyansın ilkin qərarını əngəlləməklə, iki Skandinaviya ölkəsinin tezliklə üzv olması ümidlərini puça çıxarıb. 

Məlumata görə, NATO səfirləri Finlandiya və İsveçin ərizələrini təqdim etdikləri gün üzvlük danışıqlarına başlamaq üçün bir araya gəliblər,  lakin Ankaranın narazılığı səsverməni dayandırıb. Müzakirələrin ləğvi isə iki ölkənin müraciətinin birinci mərhələsini bir və ya iki həftə ərzində təsdiqləmək ehtimalını şübhə altına alıb. Bu, həmçinin ABŞ, Türkiyə, Finlandiya və İsveç arasında bir neçə gün davam edəcək gərgin diplomatiyanın əsasını qoyub.

Bu arada Xorvatiya prezidenti Zoran Milanoviç İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə bağlı açıqlamalar verib. Milanoviç Türkiyənin veto qoyma qərarını dəstəkləyən ilk ölkə lideri olub.

Qeyd olunub ki, NATO-nun hazırkı 30 üzvünün hamısı Finlandiya və İsveçin ərizələrini təsdiqləməlidir, lakin bu proses yalnız müdafiə alyansı üzvlük protokolunu dərc etdikdə və iki ölkəni üzvlüyə rəsmi dəvət etdikdə başlaya bilər. Alyans öz növbəsində Stoltenberqin "müttəfiqlərin təhlükəsizlik maraqları nəzərə alınır və biz bütün məsələlər üzərində işləmək və tezliklə həllə nail olmaq əzmindəyik” sözlərini təkrarlamaqla şərh verməkdən imtina edib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR