Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir
14:00 / 26.09.2020
4123
Peru hakimiyyəti pandemiya ilə əlaqədar altı aydan çoxdur qadağan edilmiş beynəlxalq hava əlaqələrini 5 oktyabr tarixindən etibarən bərpa etməyi planlaşdırır.
Sfera.az bildirir ki, bu barədə cümə günü ölkə Prezidenti Martin Viskarra məlumat verib.
Siyasətçinin sözlərinə görə, beynəlxalq uçuşlara Nəqliyyat və Səhiyyə Nazirliklərinin təqdim edəcəyi konkret qaydalar əsasında icazə veriləcək.
Prezident əlavə edib ki, ilkin mərhələdə aviauçuşlar bəzi qonşu ölkələrlə bərpa olunacaq.
Eyni zamanda Peru hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini oktyabrın 31-dək uzadıb.