Daha bir neçə icra başçısı saxlanıla bilər (İDDİA)

Daha bir neçə icra başçısı saxlanıla bilər (İDDİA)
Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarov və Lalə Eyyubovanın, həmçinin, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun tutulması son deyil.

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, hazırda bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparılır və güman ki, yoxlamalar həbslərlə nəticələnəcək.

İcra hakimiyyətləri ən çox şikayət olunan və korrupsiyaya bulaşan qurumlar kimi tanınır. Təsadüfi deyil ki, illərdir mətbuatda icra başçıları "kiçik padşahlar” kimi təqdim edilir.

Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında tutulub Əməliyyatın görüntüləri ictimailəşdirilib. Olay ölkədə rezonansa səbəb olub.

Ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar dalğasının yalnız nəzəri xarakter daşımadığına inam daha da artıb. Bu arada yada salmaq yerinə düşər ki, Prezident son bir ayda həyata keçirdiyi icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya, özfəaliyyət faktlarına toxunub və bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.

Məsələn, o, Yevlaxın və Xaçmazın icra başçıları Anar Tağıyevlə Elnur Rzayevi bu vəzifəyə təyin edərkən onları qəbul edərək demişdi:

"Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.

Məlumatlarda qeyd edilir ki, əslində, prosesi islahatların yeni dalğası hesab etmək olar. Bu dalğada, əsasən, rüşvət və korrupsiyaya bulaşmış məmurlar qərq olacaq.

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...