Daha bir nazir istefa verib
11:19 / 07.11.2019
2928
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili istefa verib.
Sfera.az APA-ya istinadla xəbər verir ki, nazirin istefası barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.
Baş Nazir M. Batiaşvilinin özünün istefa ərizəsi ilə müraciət etdiyini qeyd edib.
G. Qaxaria M. Batiaşviliyə xidmətlərinə görə təşəkkür edib.