Daha bir müğənnimiz Nəsiminin qəzəlinə mahnı oxudu

Daha bir müğənnimiz Nəsiminin qəzəlinə mahnı oxudu
 

Azərbaycan səhnəsinin daha bir ulduzu Nəsimi yaradıcılığına müraciət edib. 

Sfera.az bildirir ki, səhnəmizin ən nazlı-qəmzəli xanımı hesab edilən Xumar Qədimova böyük azərbaycanlı mütəfəkkirin 650 illiyinə özünəməxsus tərzdə hazırlaşır. Müğənni "İstiPress”ə bu barədə bildirib. "İllərdir, uşaqlığımızdan bizi dəli edən qəzəllər ah... Onlara müraciət etməyə bilərdimmi?". 

O, Nəsiminin məşhur "Neylərəm" qəzəlinə tam fərqli yanaşma ilə möhtəşəm bir kompozisiya hazırladığını deyib. Onun sözlərinə görə, çoxdandır bu barədə olan arzusunu Nəsimi ilində gerçəkləşdirib və "Nəsimi ili"nə öz orijinal töhfəsini verməyə çalışıb.

"Çox istəyirdim ki, tamaşaçılarıma bunu sürpriz edim. Dilbəra... Çox böyük həvəslə bunu etdim. Gözəl və möhtəşəm bir əsər alınıb. Tamaşaçılarım mənim ifamda burada çox sürpriz anlar görüb eşidəcəklər".

Əməkdar artist illərdir beynində dolaşan bu məşhur qəzəli öz bəstəsilə ərsəyə gətirməyindən indi çox xoşbəxtdir: "Bir müddət idi ki, cəfasını çəkirdim. İndi zövqünü yaşayıram. Əziyyətini çəkirdim, can qoyurdum. İndi artıq hazır olmağının xoşbəxtliyini yaşayıram. Deyirəm ki, nə gözəl Xumar, sən bu işi başa çatdırdın".

Müğənni yaxın zamanlarda tamaşaçıları, onu sevənləri başqa yenilikləri ilə də sevindirəcəyini deyib. "Qoy tamaşaçılar gözləsinlər. Növbəti möhtəşəm bir sürprizlə qarşılarında olacağam".

Qeyd edək ki, Xumar Qədimova zaman-zaman klassiklərimiz - Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım, Rəsul Rza, Bəxtiyar Vahabzadə və digərlərinin əsərlərinə müraciət edib.


OXŞAR XƏBƏRLƏR

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...