Daha bir ölkə plastik paketlərə qarşı “müharibə” elan etdi

Daha bir ölkə plastik paketlərə qarşı “müharibə” elan etdi

Ekoloji təmizliyi bərpa etmək məqsədilə plastik paketlərə qarşı başladılan "müharibə”yə Yeni Zelandiya da qoşulub.

"Yeni Sabah" "NTV"yə istinadən  xəbər verir ki, dünən ölkədə qüvvəyə minən qanuna əsasən, birdəfəlik plastik torbalardan istifadə edən marketlərə 67 min dollar cərimə yazılacaq.

Plastik paketlərin istifadəsinin  məhdudlaşdırılması ilə bağlı qanun ilk dəfə 2002-ci ildə Banqladeşdə tətbiq olunub. Bu mövzuda ən qatı ölkə isə Keniyadır. Burada 2017-ci ildə qüvvəyə minən qanuna görə plastik paketdən istifadə edənləri, bu cür paketləri istehsal edənləri və ya satanları 4 ilə qədər həbs (və ya 38 min dollara qədər pul cəzası) gözləyir.

Ümumilikdə, 60-dan çox ölkədə plastik paket istifadəsinə qadağa qoyulub. Türkiyə, Avstraliya, Kolumbiya, Mozambik və Cənubi Afrikada plastik paketlər pul ilə satılır.

Bu ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda da birdəfəlik plastik torbaların istifadəsinin qadağan olunacağını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...