Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA

Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
 

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.

Sfera.az xəbər verir ki, Çinin "Sohu” nəşri belə iddia ilə çıxış edib.

"Nüvə gücü Çinin qapısının ağzındadır. Bu, təkcə Rusiya və ABŞ deyil, həm də həmişə kölgədə qalan Yaponiyadır”, - deyə məqalədə bildirilib.

Qəzet yazıb ki, Yaponiya özünümüdafiə qüvvələri döyüş effektivliyi baxımından dünyada 10 ölkədən biridir.

"Yaponiyanın nüvə silahı yaratmasına icazə verilməsə də, bu ölkə inkişaf etmiş nüvə elektrik stansiyaları tikdi. Elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə etdi. Yaponiya nüvə silahı yaratmasa da, nüvə texnologiyasından istifadə üzrə dünya lideridir”, - deyə yazıda qeyd olunub.

Nəşr bu qənaətə gəlib ki, Yaponiya hərbi əməliyyatlar başlayacağı təqdirdə asanlıqla nüvə silahı hazırlaya bilər.

1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən 1967-ci ilin yanvarın 1-dək bu cür silahları sınaqdan keçirən ölkələr nüvə gücləri kimi tanınır.

Nüvə güclərinə ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin daxildir. Bununla belə Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın da nüvə silahına sahib olması qəbul edilir.

Yaponiyada 1946-1977-ci illər arasında yeni Konstitusiyası elan olundu. Qanunla imperator faktiki olaraq siyasi gücünü itirdi və silahlı qüvvələr yaratmaqdan imtina edildi. Bunun əvəzində özünümüdafiə qüvvələri yaradıldı.  (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...