Daha bir klubun prezidenti koronavirusdan öldü

Daha bir klubun prezidenti koronavirusdan öldü

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker vəfat edib.

 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki,  76 yaşlı K.Bakkerin ölümünə koronavirus infeksiyası səbəb olub. 

O, xəstəxanaya martın 21-də aparılıb. Ağ ciyərində xərçəng şişi də olan sabiq prezidneti xilas etmək mümkün olmayıb.

Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti olub.. 

Daha əvvəl İspaniya "Real Madrid"inin sabiq prezidenti, 77 yaşlı Lorenso Sans koronavirusdan vəfat edib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR