Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi
23:15 / 22.01.2021
4370
Vətən müharibəsində itkin düşən daha bir əsgərimizin şəhid olması dəqiqləşib.
Sfera.az xəbər verir ki, aparılan analiz və araşdırmalar nəticəsində Kürdəmir rayon Ərəbqubalı kəndindən hərbi xidmətə çağırılmış Eminov Nurlan Pərviz oğlunun nəşi müəyyənləşib.
Şəhidimiz Kürdəmir rayonunda dəfn ediləcək. Allah rəhmət eləsin.
Qeyd edək ki, hazırda 50-yə yaxın hərbçimiz itkin sayılır. (Publika.az)