Daha bir gənc millət vəkilliyi uğrunda mübarizə aparacaq
16:05 / 25.12.2019
1438
AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli
sürülməsi prosesinə başlayıb.
O, uzun müddət "AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra
2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli
çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub.
Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli
sertifikatlara sahibdir.