Daha bir çörək sexində antisanitariya aşkar olundu - FOTOLAR
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən sex Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir və Qəmbərov Ələkbər Zaid oğluna məxsusdur.
Qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədəsanitar-gigiyena vətexniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı müəyyən edilib ki, sexdəistifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.
Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmirqarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərəyığıldığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.