Daha 6 nəfər Azərbaycana deport edilir - ALMANİYADAN

Daha 6 nəfər Azərbaycana deport edilir - ALMANİYADAN
 
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Braytenau şöbəsində saxlanılan ailə Azərbaycana deportasiya ediləcək.

Almaniya federal polisi "Am Heidenholz” adlı istirahət zonasında "Mercedes-Benz Vito” markalı avtomobilə baxış zamanı avtomobildə olanların Almaniyaya qanunsuz daxil olduqları məlum olub.

"Saechsische.de”nin xəbərinə görə, araşdırma nəticəsində onların adından otel bronu ilə bağlı verilən sorğunun nəticəsi neqativ çıxıb.

Onların Almaniyaya Latviya vizası ilə gəldiyi, heç bir otel bron etmədikləri və Latviyada oteldə etdikləri bronu ləğv etdikləri məlum olub.

Sürücünün Türkiyə vətəndaşı olduğu avtomobildə kiçiyi iki, böyüyü 57 yaş olan altı azərbaycanlı da olub.

Nəticədə, sürücü 700 avro (təx.1,317 AZN), azərbaycanlılar isə 5200 avro (təx. 9,790 AZN) məbləğində cərimə ediliblər.

Latviyadan alınan viza ləğv edilib və onlar Azərbaycana deport olunacaqlar. (oxu.az)

OXŞAR XƏBƏRLƏR