Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu
21:00 / 08.10.2020
4355
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Sfera.az-a bildirilib ki, 27 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 23 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.
Daha 1 məktəb də distant təhsilə keçib.
İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.