Ölkə üzrə COVID-19-a yoluxma statistikası AÇIQLANDI

Ölkə üzrə COVID-19-a yoluxma statistikası AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni 1072 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 561 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 523 660 nəfər müalicə olunaraq sağalıb, 7 471 nəfər vəfat edib. 30 794 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 803, bu günə qədər isə ümumilikdə 5 367 119 test icra olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR