Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
16:27 / 24.11.2020
1225
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:
"Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.