Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlarla bağlı İran XİN-dən AÇIQLAMA

Dağlıq Qarabağa yük daşınmasına dair məlumatlarla bağlı İran XİN-dən AÇIQLAMA
İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və bunun yalan məlumatlar olduğunu qeyd edib.

Sfera.az-ın məlumatına görə, APA-nın Tehran bürosunun sualına cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Azərbaycan və Ermənistanda baş verən proseslərlə bağlı bütün xəbərlərin istinad mərkəzi İran İslam Respublikası Xarici İşlər Nazirliyi və İranın Azərbaycan və Ermənistandakı səfirlikləridir.

Hər iki ölkə mətbuatını təsdiqlənməmiş xəbərlərin yayımlanmasından çəkinməyə çağıran S.Xətibzadə qeyd edib ki, 44 günlük müharibədən sonra tərəflər arasında müsbət atmosfer yaranıb:
 
"Mən hamını müharibədən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaranmış atmosferdən istifadə etməyə çağırıram. Onlardan əldə olunmuş razılıqların qorunub saxlanılması və icrası üçün bir-birlərinə yardım etmələrini təmənna edirəm.

Hər iki ölkənin KİV-lərindən təsdiqlənməmiş, mənbəyi məlum olmayan və yalan məlumatların yayılmasından çəkinmələrini istəyirəm".


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...